Reklam resmi
Reklam resmi

Tramp yeni prezident təyyarəsində ilk uçuşunu həyata keçirdi

Tramp yeni prezident təyyarəsində ilk uçuşunu həyata keçirdi
Dünya

ABŞ Prezidenti Donald Tramp yeni Boeing 747-8 prezident təyyarəsində ilk rəsmi uçuşunu edib.

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, təyyarə Trampı iyulun 1-də Vaşinqton yaxınlığındakı Endryus Birgə Hərbi Hava Bazasından Şimali Dakotaya aparıb. Prezident burada iyulun 4-də açılışı nəzərdə tutulan Teodor Ruzvelt Prezident Kitabxanasını ziyarət edib.

Söhbət 2025-ci ilin mayında Qətər kral ailəsi tərəfindən ABŞ-a hədiyyə edilərək Pentaqona təhvil verilmiş Boeing 747-8 təyyarəsindən gedir. Prezidentin istifadəsinə verilməzdən əvvəl təyyarə dövlət başçısının təhlükəsizlik və rabitə tələblərinə uyğun şəkildə yenidən təchiz edilib.

Yeni prezident təyyarəsi əvvəlki ağ-göy rəng sxemindən fərqli olaraq ağ, qırmızı və qara rənglərə boyanıb. Layihənin yekun dəyəri rəsmi olaraq açıqlanmasa da, ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, modernləşdirmə işlərinə təxminən 400 milyon dollar xərclənib.

Bildirilib ki, bu vəsaitin böyük hissəsi məxfi rabitə sistemlərinin, müdafiə avadanlıqlarının və digər təhlükəsizlik texnologiyalarının quraşdırılmasına sərf olunub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Donald Tramp ABŞ Boeing 747-8

Digər Xəbərlər