Reklam resmi
Reklam resmi

Alpinist 450 metrlik uçurumdan yıxılsa da SAĞ QALDI

Alpinist 450 metrlik uçurumdan yıxılsa da SAĞ QALDI
Dünya

ABŞ-də 31 yaşlı qadın alpinist Kaliforniya ştatındakı Şasta dağına qalxarkən təxminən 450 metr hündürlükdən yıxılmasına baxmayaraq sağ qalıb.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ Meşə Xidmətinin Dağ Xilasedici Reyncərləri məlumat yayıb.

Hadisə Şasta dağındakı "Avalanche Gulch" ("Uçqun dərəsi") marşrutunda baş verib. Təcrübəsiz alpinistlərdən ibarət üç nəfərlik qrupun üzvü olan qadın dəniz səviyyəsindən təxminən 3960 metr yüksəklikdə yıxılıb. O, təxminən 460 metr aşağı sürüşərək 3500 metr yüksəklikdə dayanıb.

Hadisə yerinə Kaliforniya Yol Patrulunun aviasiya bölməsinin dəstəyi ilə ABŞ Meşə Xidmətinin üç dağ xilasedicisi cəlb olunub. Əlverişsiz hava şəraiti və aşağı buludluluq səbəbindən xilasedicilər helikopterlə birbaşa zərərçəkənə çata bilməyiblər və marşrutun bir hissəsini piyada qət ediblər. Xilasetmə əməliyyatına qadının qrup yoldaşı və yaxınlıqda olan digər alpinist də qoşulub.

Xilasedicilər hadisə yerinə çatdıqda qadının huşunun yerində olduğu müəyyən edilib. İlkin müayinəyə əsasən, onun sağ topuğunun sındığı və müxtəlif dərəcəli digər xəsarətlər aldığı bildirilib.

Yaralı xüsusi xərək vasitəsilə Helen gölü ərazisinə endirilib, daha sonra isə helikopterlə tibb müəssisəsinə təxliyə olunub.

Qeyd edək ki, bundan əvvəl Yəməndə tanınmış ekstremal idman bloqçusu Antar Əl-Absi Haradha Damt vulkanına qalxarkən yıxılaraq kraterə düşmüşdü. Xilasedicilər onun cəsədini daha sonra kraterdəki isti sularda aşkar etmişdilər. Sosial şəbəkələrdə ekstremal dırmanış videoları ilə tanınan Əl-Absi "Yəmənin Hörümçək Adamı" ləqəbi ilə məşhur idi.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Alpinist

Digər Xəbərlər