Ukrayna Rusiyanın ən böyük neft emalı zavodunu VURDU
Ukrayna Silahlı Qüvvələri Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri hesab olunan "Lukoil-Nijeqorodnefteorqsintez" zavoduna zərbə endirib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində müəssisənin ərazisində partlayışlar baş verib. Hadisənin fəsadları və mümkün dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
"Lukoil-Nijeqorodnefteorqsintez" Rusiyanın əsas neft emalı müəssisələrindən biri hesab olunur və ölkənin yanacaq istehsalında mühüm rol oynayır.
Mövzular: