Azərbaycanda nağdsız ödənişlər 14 % artıb
Bu ilin may ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 14 % artaraq 8 milyard 680 milyon manat təşkil edib.
Ajans.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,62 milyard manatı (87,8 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 058 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 69,7 %-ni təşkil edib.
Mövzular: