Finlandiyada stasionar telefon şəbəkəsinin fəaliyyəti tamamilə dayandırılıb.
Ajans.az xəbər verir ki, bu barədə Yle məlumat yayıb.
Bildirilib ki, ölkənin sonuncu iri telekommunikasiya operatoru Elisa iyulun 1-dən etibarən həm fiziki şəxslər, həm də korporativ müştərilər üçün stasionar telefon xidmətini dayandırıb.
Şirkət bu qərarını hələ ilin əvvəlində açıqlamışdı. Məlumata görə, həmin vaxt Elisanın cəmi bir neçə min aktiv stasionar telefon xətti qalmışdı və şirkət artıq bir neçə ildir ki, bu xidmət üzrə yeni müqavilələr bağlamırdı.
Bundan əvvəl, 2019-cu ildə Telia stasionar telefon şəbəkəsini bağlamış, bu ilin əvvəlində isə DNA şirkəti də analoji xidməti dayandırmışdı.
Beləliklə, Finlandiyada XIX əsrin sonlarından fəaliyyət göstərən stasionar telefon şəbəkəsi tamamilə tarixə qovuşub.