Netanyahu atəşkəs masasına oturdu! - İLK FOTO

Netanyahu atəşkəs masasına oturdu! -
Netanyahu
Siyasət 01-11-2024 - 10:52

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteyn və Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk ilə görüşərək İsrail və Hizbullah arasında atəşkəs razılaşmasını müzakirə edib.

Ajans.az xəbər verir ki, Netanyahunun atəşkəs üçün şərtləri var. Həmin şərtlər Livandan İsrailə təhlükənin sona çatması və İsrailin şimalında yaşayanların öz evlərinə qayıtmasıdır.

İsrail və Hizbullah arasında atəşkəsə nail olmaq üçün səylər davam edir. İsrailin baş naziri Netanyahu ABŞ rəsmiləri ilə görüşüb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: