Myanmada yenidən zəlzələ oldu

Dünya
29-03-2025 - 15:02
Myanmada 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 925 min insanın yaşadığı paytaxt Neypitaudan 19 km cənub-qərbdə yerləşib.
Qeyd edək ki, ötən gün Myanmada 7,7 maqnitudalı zəlzələ baş verib. Son məlumata görə, zəlzələdə ölənlərin sayı 1000 nəfərə çatıb, 2400 nəfər isə xəsarət alıb.