Valideynlərini öldürdü, 10 gün onlarla YAŞADI - DƏHŞƏTLİ QƏTL

ABŞ-dən olan gənc valideynlərini öldürərək on gün onların cəsədləri ilə yaşadıqdan sonra həbs edilib.
Ajans.az xəbər verir ki, bu barədə “The Mirror” yazır.
17 yaşlı Nikita Kasap anası və ögey atası Tatyana Kasap və Donald Meyerlə birlikdə Viskonsin ştatının Vaukeşa şəhərində yaşayırdı. Fevralın 28-də polis Kasapa məktəbindən zəng aldıqdan sonra yoxlamaq üçün ailənin evinə gedib. Gənc iki həftə dərslərə gəlmədiyi və valideynlərinin zənglərinə cavab vermədiyi üçün rəhbərlik hüquq-mühafizə orqanlarından nə baş verdiyini öyrənməyi xahiş edib. Hadisə yerinə gələn polis dərhal çürümə iyini hiss edib.
Oğlanın anasını yorğan altında tapdılar, sifəti "parçalanaraq qaralmışdı". Məhkəmə-tibb ekspertləri müəyyən ediblər ki, 35 yaşlı qadın 5 güllə yarası alıb - boyun, gövdə, qarın və bilək nahiyəsindən. Başının arxasında güllə dəliyi olan ögey ata kabinetdə yatmışdı, üzərinə yorğan və yastıq da qoyulmuşdu. Sonrakı araşdırma zamanı məlum olub ki, onun iti və maşını itkin düşüb.
Gənc oğlan dərhal əsas şübhəli olub. O, cib telefonu məlumatları, istifadə etdiyi valideynlərinin kredit kartlarından əməliyyatlar və CCTV görüntüləri vasitəsilə izlənilib. Həbs edildikdən sonra onun mobil telefonu götürülüb və məlum olub ki, o, rusdilli şəxslə yazışıb və Ukraynaya qaçmaq niyyətində olub.
Polis hesab edir ki, gənc oğlan on günə yaxın evdə valideynlərinin meyitləri ilə yaşayıb - fevralın 12-dən 23-dək. O, cinayəti ört-basdır etmək üçün onun adından ögey atasının telefonuna gələn mesajlara cavab verib. Onu uzun müddətlik həbs cəzası gözləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.