Sirli xəzinə aşkara ÇIXDI - Görün nə TAPDILAR

Fransada masonlar “Dordogne” departamentində qədim divarın altından qızıl zinət əşyaları tapıblar.
Ajans.az xəbər verir ki, bu barədə The Connexion məlumat yayıb.
Əsrarəngiz xəzinə quru daş konstruksiyaları öyrənən və bərpa edən Périgord Pierre Sèche təşkilatının üzvləri tərəfindən aşkar edilib. Masonlar Saint-Andre-d'Alla kommunasında divarı yenidən qurarkən, içərisində qızıl üzüklər, mirvari broşlar və brilyantlarla bəzədilmiş bilərziklər olan bir qaba rast gəlib.
Périgord Pierre Sèche-nin direktoru Jean-Marc Audit, "Bu cür divarları bərpa edərkən, siz onları bünövrəyə qədər ayırırsınız. Mən bu kəşfi divarı sökmək üçün istifadə etdiyim ekskavatordan çıxanda etdim", - deyə bildirib.
Qiymətli əşyalar divarın altında bitmiş qoca ağacın kökləri arasında uzanırdı. Saint-Andre-d'Alle şəhər meriyası hazırda tapılan zinət əşyalarının tarixini öyrənməyə çalışır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.