HƏMAS komandiri və ailəsi həlak oldu - RƏSMİ
HƏMAS-ın silahlı qanadı Əl-Qəssam briqadalarının lideri Səid Atallah bu gecə öldürülüb.
Ajans.az "Times of İsrael"ə istinadən xəbər verir ki, komandir Atallah və üç ailə üzvü İsrailin Livanın şimalındakı Tripoli şəhərində fələstinli qaçqınlar düşərgəsinə endirdiyi zərbə nəticəsində həlak olub.
Məsələ ilə bağlı İsrail heç bir açıqlama verməyib. HƏMAS mediası isə yas tutduğunu bildirib: “HƏMAS hərəkatı Əl-Qəssam Briqadalarının lideri Səid Atallah Əli və onun üç ailə üzvünün Livanın şimalındakı Tripolidə yerləşən qaçqın düşərgəsindəki evinin bombalanması nəticəsində yas tutur.