Münhendə avtomobili ilə insanları əzən şəxsin kimliyi BƏLLİ OLDU

Münhendə avtomobili ilə insanları əzən şəxsin kimliyi
Münhen
Dünya 13-02-2025 - 16:00

Münhendə polis Əfqanıstandan olan 26 yaşlı gənci saxlayıb.

Ajans.az xəbər verir ki, o, “Mini Cooper” markalı avtomobili insanların üzərinə sürməkdə şübhəli bilinir. Hadisə səhər saatlarında nümayişçilər həmkarlar ittifaqı mitinqinə gedərkən baş verib. Bild-in məlumatına görə, azı 20 nəfər xəsarət alıb, onlardan ikisinin, o cümlədən bir uşağın vəziyyəti ağırdır.

Polis tez bir zamanda sürücünü taparaq saxlayıb. Həbsdən əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları hətta avtomobilə atəş açıblar, lakin atışma nəticəsində xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.

Yada salaq ki, Münhendə naməlum şəxs avtomobili insanların üzərinə sürüb. Yerli polis hadisə nəticəsində ən azı 15 nəfərin yaralandığını bildirib. Sonradan məlum olub ki, qurbanların sayı 20 nəfərə çatıb və hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobilin sürücüsünü axtarmağa başlayıblar. Bütün bunlar Münhen Konfransının keçirildiyi yerdən çox da uzaqda deyildi.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: