Müğənni ağrıları üçün masaja getdi, faciəvi şəkildə ÖLDÜ

Müğənni ağrıları üçün masaja getdi,
Müğənni
Hadisə 09-12-2024 - 11:52

Taylandlı məşhur Luk Thung və Mor Lam müğənnisi Çayada Prao-hom üç masaj seansından sonra yaranan fəsadlar səbəbindən faciəvi şəkildə ölüb.

Ajans.az xəbər verir ki, o, bel ağrılarını aradan qaldırmaq üçün Udon Thanidəki masaj salonuna gedib, lakin seanslardan sonra uyuşma və şiddətli ağrılar hiss etməyə başlayıb.

Müğənni masajlardan sonra sərtlik və uyuşma da daxil olmaqla diskomfort hiss etdiyini və nəticədə onun hərəkət edə bilməməsinə və yataq xəstəsi olmasına səbəb olduğunu birdirib. Mütəxəssislər Çayada qan zəhərlənməsi və beyin ödemi diaqnozu qoyublar ki, bu da onun ölümünə səbəb olub.

Hadisə ilə əlaqədar Tailand səlahiyyətliləri təhlükəsizlik standartlarına əməl olunmasını təmin etmək üçün seansların keçirildiyi masaj salonunu yoxlamaq niyyətindədir. Bununla belə, əlavə araşdırmaya qədər səlahiyyətlilər salonun adını və ya onun dəqiq yerini açıqlamır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: