Moskvadan uçan təyyarə qəza siqnalı VERDİ - ŞOK

Moskvadan uçan təyyarə qəza siqnalı
Təyyarə
Dünya 10-03-2025 - 14:50
 266

Özbəkistana uçan Rusiya aviaşirkətinin təyyarəsi xəstə sərnişinə görə qəfil istiqamətini dəyişərək başqa yerə enib.

Ajans.az xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı yazır.

Bazar ertəsi, martın 10-da Moskvadan Səmərqəndə uçan Boeing 737-800 təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Ekipaj təyyarədə olan sərnişinlərdən birinin vəziyyətinin ağır olduğunu bildirib və yola düşmə hava limanına getməyə qərar verib.

Təyyarə komandiri uçuş zamanı təcili siqnal elan edib. Paytaxt hava limanına enişin uğurlu olduğu qeyd edilir. Xəstənin hazırkı vəziyyəti barədə məlumat verilmir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: