Moldova prezidenti Sandu Ukraynaya GETDİ

Moldova prezidenti Maia Sandu yanvarın 25-i şənbə günü Ukraynaya gedib.
Ajans.az xəbər verir ki, bu barədə respublika başçısı “Facebook”da məlumat verib. O, qeyd edib ki, onu Ukrayna paytaxtına ölkə prezidenti Vladimir Zelenski dəvət edib.
Moldova lideri aydınlaşdırıb ki, görüş zamanı tərəflər təhlükəsizlik, enerji, ticarət, yollar və körpülər məsələlərini müzakirə edəcəklər. Kişinyov və Kiyev nümayəndələri də avrointeqrasiya yolunda bir-birinə mümkün yardımlar barədə danışmağı planlaşdırırlar.
Yanvarın 8-də Zelenski ilə Sandu arasında telefon danışığı olduğu məlum olub. Görüş zamanı respublikaların rəhbərləri Dnestryanıdakı enerji böhranını müzakirə ediblər.