Hərbi vəziyyət elan edildi: Dava düşdü
Prezident Yoon Suk Yeol fövqəladə hərbi vəziyyət elan etdikdən sonra əsas müxalifətdə olan Demokratik Partiyası (DP) öz deputatlarını çərşənbə axşamı axşam saatlarında təcili olaraq Milli Assambleyaya çağırıb.
Ajans.az xəbər verir ki, DP öz deputatlarına hərbi vəziyyətin ləğvi üçün lazımi prosedurları müzakirə etmək və başlamaq üçün iclas keçirməyi tapşırıb.
DP lideri Lee Jae-myung Yoonun fövqəladə hərbi vəziyyət elan etməsini "qeyri-konstitusiya" adlandırıb və bunu "xalqın əleyhinə olan" addım kimi pisləyib.
“Prezident Yoon heç bir səbəb olmadan fövqəladə hərbi vəziyyət elan etdi. Tanklar, zirehli texnikalar, silah və qılınclı əsgərlər tezliklə ölkəyə nəzarət edəcək”, - deyə, DP lideri bildirib.