Putin illər sonra HƏRBİ FORMA geyindi- Dərhal əmr verdi

Putin illər sonra HƏRBİ FORMA geyindi-
Siyasət 13-03-2025 - 10:13
 66

Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Silahlı Qüvvələrinin regiona hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib.

Ajans.az xəbər verir ki, hərbi geyimdə olan Putin, komanda məntəqələrindən birində ordunun Baş Qərargah rəisi Valeri Gerasimovun məruzəsini dinləyib. Məruzədə həyata keçirilən "Patok" əməliyyatı və ərazinin 86 faizinin azad edildiyi barədə məlumat verilib. Putin, hərbçilərin qarşısına Kursk vilayətində düşməni ən qısa müddətdə məğlub etmək vəzifəsini qoyub. O, həmçinin Rusiya-Ukrayna sərhədində təhlükəsizlik zonasının yaradılmasına xüsusi diqqət yetirilməsini əmr edib.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: