Məşhur müğənni təcili əməliyyat OLUNDU
Məşhur rusiyalı müğənni Aleksandr Buinov Moskvada təcili əməliyyat olunub.
Ajans.az xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.
Nəşrin yazdığına görə, Buinovun təcili cərrahiyyə əməliyyatı tələb etməsinə səbəb onurğa sütununun zədələnməsi olub. Sənətçinin keçirdiyi müdaxilənin dekompressiya və stabilləşdirici əməliyyat olduğu aydınlaşdırılır.
Əməliyyat 2024-cü ilin sonunda baş tutub və Buinov Yeni ildən əvvəl evə buraxılıb. Ona yükünü məhdudlaşdırmaq və sonra fiziki müalicə ilə məşğul olmaq tövsiyə olunub.
On ildən çox əvvəl prostat vəzi xərçənginə qalib gələn Buinovun yenidən xərçənglə üzləşdiyi ötən aylarda bildirilib.