Məşhur bloger qəzaya düşdü
![Məşhur bloger qəzaya düşdü](https://ajans.az/uploads/images/202502/image_940x_67ac7d1917484.webp)
“Xanım Evelin” kimi tanınan məşhur rusiyalı bloger avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib.
Ajans.az xəbər verir ki, o, hadisə barədə Telegram kanalında məlumat verib.
Çərşənbə axşamı, fevralın 11-i axşam blogger qəza yerindən video yayımlayıb. Videoda onun dostları ilə getdiyi avtomobilin yan üstə uzandığı görünür. Eyni zamanda xanım Evelinin üzündə qan görünür. “Bu sadəcə dəhşətdir. Bu mənim ilk qəzam idi”, - deyə bloger bildirib.
Bundan əlavə, bloqqer bir qulağında eşitmə qabiliyyətinin itirildiyini, bəzi dişlərinin qırıldığını, görmə qabiliyyətinin qaraldığını bildirib. Ertəsi gün o, şiddətli ağrılardan şikayətləndiyi xəstəxanadan bir video yayımlayıb.