"Mərcan" klinikasında əməliyyatdan sonra ölümlə bağlı açılan cinayət işindən SON XƏBƏR

"Mərcan" klinikasında əməliyyatdan sonra ölümlə bağlı açılan cinayət işindən
Nəzrin Mansurova
Gündəm 16-01-2025 - 10:57
 362

Mərcan klinikasında burun əməliyyatından sonra komaya düşən 30 yaşlı Nəzrin Mansurovanın ölümü ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırılmalar davam edir.

Bununla bağlı Ajans.az-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd edək ki, burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün "Mərcan" klinikasında əməliyyata girən N.Mansurova sonradan komaya düşüb, daha sonra "Liv Bona Dea Hospital"a yerləşdirilib. İddia olunur ki, onun beyninə çirk yayılıb.

Onun həkimi Sənan Mehdiyev olub.

Aytac Əsəd
Vəzifəsi: Müxbir
PAYLAŞ: