“Mən olsaydım, neft yataqlarına zərbə vurmaq YERİNƏ…” – ABŞ PREZİDENTİ

“Mən olsaydım, neft yataqlarına zərbə vurmaq YERİNƏ…” –
Siyasət 05-10-2024 - 14:29

ABŞ Prezidenti Baydenin verdiyi açıqlamaya əsasən, İsrail İranın neft yataqlarına zərbə endirmək üçün  alternativ yolları nəzərdən keçirməlidir.

Ajans.az xəbər verir ki, Bayden bunları Vaşinqtonda keçirilən mətbuat konfransında mediaya verdiyi müsahibədə deyib. O bildirib ki, İsrail İranın ballistik raket hücumuna necə cavab verəcəyinə hələ qərar verməyib, amma İranın neft obyektlərinə hücum etməkdən çəkinməyi təklif edib: “Mən onların yerində olsaydım başqa yollar düşünərdim. Neft yataqlarına zərbə vurmaqdan ayrı da alternativlər var”.

Co Baydenin şərhlərinə baxmayaraq, İbrani mediası İsrailin cavabının Vaşinqton və Qüds arasında sıx əlaqələndirildiyini bildirib.

PAYLAŞ: