Mehriban Xanlarova qızından İMTİNA EDİB -VİDEO

Mehriban Xanlarova qızından
Gündəm 06-12-2024 - 22:12

“Mən böyüdüb, boya-başa çatdırdığım qızımdan, daha doğrusu bacım qızından rəsmi şəkildə imtina etmişəm. O, artıq mənim qızım deyil. Bitdi... 35 il saxladım, böyütdüm, maddi və mənəvi yanında oldum. Halal xoşu olsun. Bundan sonra mənim üçün o adda insan yoxdur. Ola da bilməz! Bundan sonra mən öz həyatımı və anam üçün yaşamaq istəyirəm. Artıq mən məsuliyyət daşımıram. Özüm üçün heç nə etmədən, bir qarnım ac, bir qarnım tox, dostlardan kömək istəyib illərlə bir insanı saxlayasan, sonra da o böyüyüb bir gün desin ki, sən nənə yox, “nənəliksən” (ağlayır). Bu sözləri kim qəbul edər? Bitdi! Bu da son”. 

Ajans.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova eskpert qismində iştirak etdiyi “Bizimləsən” verilişində deyib.  

Aktrisa uşaqlıqdan yanında saxladığı bacısı qızı ilə aralarında yaşanan qalmaqaldan söz açıb. Xanlarova mübahisənin səbəbini üstüörtülü şəkildə belə nəql edib:  

“Mən bu sözləri elə-belə demirəm. Nələrsə bilirəm ki, deyirəm. Sabah bir söz olanda, alnım açıq olsun ki, biri var idi orada, mən də ondan imtina etmişdim. İstəmirəm də... Allah xoşbəxt eləsin. 19 yaşından gedib artıq məsuliyyəti o ailə daşıyır.

Bundan sonra mənim məsuliyyətimdə elə bir insan yoxdur. Jurnalistlərdən də xahiş edirəm, Mehriban Xanlarovanın qızı yox, bacısı qızı yazsınlar. İmkanım olsa, anamı götürüb, çıxıb gedərəm, çünki artıq heç kimi görmək istəmirəm. Mən ömrümü və həyatımı ona vermişəm. Bir otağım yox, 50 dənə otağım olardı".

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

PAYLAŞ: