Lukaşenko Zelenskinin “sülh planı"nı tənqid etdi

Lukaşenko Zelenskinin “sülh planı"nı tənqid etdi
Vladimir Zelenski
Dünya 24-10-2024 - 06:21

Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Zelenskinin təklif etdiyi “sülh planı” tənqid edib.

Ajans.az xəbər verir ki, Lukaşenko bu barədə “Rossiya-1” telekanalına müsahibəsində bildirib.

“Orada heç bir plan yoxdur. Plan bütün söhbətdir. Rusiya imperiyadır. Heç kim onu ​​əyib Volodya Zelenskinin şüarları əsasında danışıqlar masasına oturmağa məcbur etməyəcək”, - deyə Belarus prezidenti tənqid edib.

Lukaşenko həmçinin vurğulayıb ki, o , Ukraynada hərbi əməliyyatların getdiyini dəfələrlə qeyd edib. Ona görə də onun fikrincə, bundan sonra kimin günahkar olduğunu anlamaq lazımdır, bu barədə qışqırmaq yox. Aleksandr Lukaşenko Qərbin nümayəndələri ilə bu yaxınlarda qapalı danışıqlar barədə məlumat verib.

PAYLAŞ: