LeBron Ceyms tarix yazdı

LeBron Ceyms
LeBron Ceyms
İdman 05-03-2025 - 11:06

LeBron Ceyms bir daha tarix yazmağı bacarıb.

Ajans.az xəbər verir ki, 40 yaşlı amerikalı basketbolçu 50.000 xallıq maneəni keçən ilk oyunçu olub.

NBA-nın müntəzəm mövsüm həyəcanı davam edir. Dünən axşam oynanan qarşılaşmada “LA Lakers” doğma meydanda “New Orleans Pelicans”ı qəbul edib. Qarşılaşmada daha təsirli olan “Lakers” 136-115 hesabı ilə qalib gəlib.

LeBron Ceyms 34 xal, 8 ribaund və 6 asistlə, 30 xal, 8 ribaund və 15 asistlə Luka Doncic ulduz olub. Jaxson Hayes 19 xal və 10 ribaundla dubl-dabla, Dalton Knecht 13 xal və Jarred Vanderbilt 12 xal toplayıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: