Kolumbiyada hərbi maşın uçurumdan aşdı, ölənlər var

Kolumbiyada hərbi maşın uçurumdan aşdı,
hərbi maşın
Dünya 25-02-2025 - 11:15

Kolumbiyada hərbi maşın uçurumdan aşıb. Qəza nəticəsində 9 əsgər həyatını itirib, 20 əsgər isə yaralanıb.

Ajans.az xəbər verir ki, La Kolumpia bölgəsində hərbi maşın 100 metrlik uçurumdan aşıb. 

Ordu komandanı general Luis Emilio Cardozo Santamaria qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlanıldığını açıqlayıb.

Kolumbiya prezidenti Qustavo Petro da sosial media hesabından qəzada həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verib.

PAYLAŞ: