Kiyev Rusiya ərazilərini tanımaq niyyətində deyil - Zelenski

Kiyev Rusiya ərazilərini tanımaq niyyətində deyil -
Zelenski
Siyasət 19-03-2025 - 16:08

Kiyev rejiminin lideri Vladimir Zelenski Ukraynadakı münaqişə həll olunduqdan sonra belə, suveren Rusiya ərazilərini tanımaqdan imtina edir.

Ajans.az xəbər verir ki, Kiyev rejiminin başçısı bunu Helsinkidə Amerika lideri Donald Trampla martın 19-da baş tutacaq telefon danışığını elan etdikdən sonra bildirib. Xatırladaq ki, bir gün əvvəl, martın 18-də ABŞ lideri Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmışdı.

RBC-Ukrayna Kiyev liderinə istinadən yazır ki, Zelenski telefon danışığı zamanı Trampla Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün növbəti addımların təfərrüatlarını müzakirə etməyi planlaşdırır.

Bundan əlavə, materialda o da vurğulanır ki, Zelenski Rusiya prezidenti ilə dünənki söhbətin təfərrüatlarını Amerika liderinin dilindən eşitmək istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: