Ukrayna Rusiyanın bu şəhərinə PUA-larla hücum etdi

Rusiya Müdafiə Nazirliyi ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Ukrayna böhranının həlli üçün keçirdiyi görüşdən sonra Ukrayna ordusunun Krasnodar bölgəsindəki enerji infrastrukturu obyektinə PUA-larla hücum etdiyini bildirib.
Ajans.az bildirir ki, nazirlikdən verilən açıqlamada ötən gün Putin və Tramp arasında telefon danışığı olduğu xatırladılıb və Tramp görüş zamanı tərəflərə 30 gün ərzində qarşılıqlı olaraq enerji infrastrukturu obyektlərinə hücumlardan çəkinməyi təklif edib.
Putinin bu təklifə müsbət cavab verdiyi bildirilən açıqlamada qeyd edilib:
"Rusiya-Amerika danışıqlarının bitməsindən bir neçə saat sonra Kiyev rəhbərliyi 3 İHA ilə Krasnodar bölgəsindəki Kavkazskaya qəsəbəsində yerləşən enerji infrastrukturu obyektinə qəsdən hücum etdi".
Açıqlamada Ukraynaya məxsus PUA-nın qəzaya uğraması nəticəsində obyektdə 1700 kvadratmetr sahədə yanğın baş verdiyi və yanğının söndürülməsi işlərinin davam etdiyi bildirilib.