Kandreva 38 yaşında karyerasını bitirdi

Kandreva 38 yaşında karyerasını
Kandreva
İdman 19-03-2025 - 16:25

İtaliya millisinin və “İnter”in sabiq futbolçusu Antonio Kandreva karyerasını bitirib.

Ajans.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 38 yaşında yaşıl meydanlarla vidalaşıb. Onun son klubu ötən ilin yayında ayrıldığı “Salernitana” olub.

Futbolçu “Latsio” və “İnter”in heyətindəki çıxışı ilə daha çox tanınıb.

Qeyd edək ki, Antonio Kandreva İtaliya millisinin heyətində 54 oyunda 7 qolla yadda qalıb. O, 2014-cü ildə Braziliyada keçirilmiş dünya və 2016-cı ildə Fransada təşkil edilmiş Avropa çempionatlarında iştirak edib.

PAYLAŞ: