Bayden jurnalistlərə sərt cavab VERDİ
ABŞ prezidenti Co Bayden jurnalistlərin ünvanına sərt açıqlamalar verib.
Ajans.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.
Jurnalistlərlə söhbəti zamanı Ağ Evin rəhbəri yeni seçilmiş prezident Donald Trampı ABŞ-nin cənub sərhədində nəzarət tədbirlərinin gücləndirilməsinə dair qanun layihəsi ilə hazırkı administrasiyanın irəliləməsinə mane olmaq üçün Konqresdəki respublikaçılara təsir göstərməkdə ittiham edib.
O, həmçinin miqrasiya böhranını həll etmək üçün nə edilməməli olduğu haqqında danışmağa başlayıb, lakin cümlənin ortasında dayanıb. Bayden, dünya liderlərinin necə düşündüyünü bildiyini qeyd edərək, "Mən ən yaşlı prezident ola bilərəm, amma mən sənin bütün “lənət”ə gəlmiş həyatında qarşılaşacağından daha çox dünya liderini tanıyıram. Bu zarafat deyil" ifadələrini işlədib.