ABŞ HTŞ-i terrorçular siyahısından çıxarmaq istəyir

ABŞ HTŞ-i terrorçular siyahısından
HTŞ
Siyasət 20-12-2024 - 17:59

ABŞ Suriyanın yeni hakimiyyət orqanları ilə İslamçı Heyət Təhrir əl-Şam qruplaşmasını terrorçular siyahısından çıxarmaq üçün danışıqlar aparıb.

Ajans.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

“Amerika nümayəndə heyəti Suriyanın yeni administrasiyası ilə Suriya xalqından sanksiyaların götürülməsi məsələsini, həmçinin Heyət Təhrir əl-Şamın terror təşkilatları siyahısından çıxarılmasını müzakirə edib”, - telekanal qeyd edir.

Bundan əlavə, danışıqların mövzularından biri "Sezar Aktı"nın hipotetik olaraq ləğvi olub. Amerika qanununa əsasən, Suriya hakimiyyətinə qarşı hərbi cinayətlər törətməkdə şübhəli bilindiklərinə görə onlara qarşı sanksiyalar tətbiq olunur.

“Reuters” daha əvvəl məlumat vermişdi ki, ABŞ Dövlət Departamentinin nümayəndələri cümə günü, dekabrın 20-də Dəməşqə gələcək və burada Suriyanın yeni rəhbərliyi ilə ilk rəsmi görüşü keçirəcək.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: