İtkin düşən iş adamının meyiti tapıldı - VİDEO
Arnavutköydə müəmmalı şəkildə yoxa çıxan iş adamı Rəcəb Ataşın qətl qurbanı olduğu müəyyənləşib.
Ajans.az xəbər verir ki, Ataşın iş ortağı Sedat T. qətli etiraf edib və bu cinayəti borca görə törətdiyini bildirib.
Polis cəsədi və hadisədə istifadə edilən silahı şübhəlinin göstərdiyi yerdə tapıb.
Günahını etiraf edən Sedat T. “Ona borcum var idi. Ödəməyimi israr etdi və məni bezdirirdi. Buna görə də hadisəni törətdim. Cəsədi və silahı meşəyə atdım”, - deyə, bildirib.
Şübhəli tutularaq həbsxanaya göndərilib.