İsti çay içənlərin DİQQƏTİNƏ! - Bu xəstəliyə səbəb olur
Çox isti çay və yemək içmək xərçəngin inkişafına səbəb ola bilər.
Ajans.az-ın “Moskva 24”ə istinadən xəbərinə görə, bunu dietoloq Daria Rusakova deyib. Mütəxəssisin sözlərinə görə, çox isti içkilər və yemək ağız, qida borusu və mədənin selikli qişasının səthi yanma riskini artırır. Onları çox uzun müddət istifadə etmək iltihaba səbəb ola bilər və xərçəngin xəbərçisi ola bilər.
O, 40-45 dərəcə temperaturda çay içməyi tövsiyə edib.