İsrail Qəzza zolağına humanitar yardımları dayandırdı

İsrail Qəzza zolağına humanitar yardımları dayandırdı
Dünya 02-03-2025 - 14:22

İsrail Qəzza zolağına humanitar yardımların buraxılmasını dayandırıb və bütün keçid məntəqələrini bağlayıb.

Ajans.az xəbər verir ki, bu barədə "Kan" dövlət teleradio şirkətinə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.

Qeyd olunur ki, humanitar yardımların tədarükü Fələstinin HƏMAS hərəkatının ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun danışıqları davam etdirmək planından imtina etməsi səbəbindən dayandırılıb.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: