İsrail ordusundan Rəfah şəhərinin sakinlərinə çağırış

Dünya
23-03-2025 - 13:31
İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinin Tel-Sultan bölgəsinin sakinlərini şimala getməyə çağırıb.
Ajans.az xəbər verir ki, bu bəyanatı İsrail ordusunun sözçüsü Aviçai Edri yayıb.
Bildirilib ki, İsrail ordusu bölgədə antiterror əməliyyatına başlayıb.
Qeyd olunub ki, evakuasiya yalnız xüsusi ayrılmış marşrutlar üzrə mümkündür və avtomobillə hərəkət qadağandır.
Bundan başqa, İsrail ordusunun mətbuat xidməti Qəzza zolağının şimalındakı Beyt Hanun bölgəsində quru əməliyyatına başlandığını elan edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular:
Oxşar xəbərlər
Fərman imzalanıb və qüvvəyə minir: Yeni cərimələr artıq yanvarın 1-dən... - BU ÖLKƏDƏ
Dünya13:27 / 20-12-24