Tanınmış futbolçu qətl törətməkdə şübhəli bilinərək saxlanıldı
Hüquq-mühafizə orqanları Obninsk "Kvant" futbol klubunun keçmiş oyunçusu Vitali Melnikovu meşədə adam öldürməkdə şübhəli bilinərək saxlayıb.
Ajans.az "Typical Obninsk" teleqram kanalına istinadən xəbər verir ki, onunla birlikdə Kaluqa vilayətinin daha 5 sakini həbs edilib. Onlar 2025-ci il yanvarın 18-dək həbsdə olacaqlar.
Telekanalın məlumatına görə, cinayət oktyabrın 31-də axşam saatlarında Çexov şəhər rayonunda, Sadko SNT yaxınlığında törədilib. Şübhəlilər kişini döyərək huşsuz halda meşədə qoyub və orada ölüb.