Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti
Neft
İqtisadiyyat 26-03-2025 - 11:10

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,19 ABŞ dollar azalıb.

Ajans.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,19 ABŞ dolları, yaxud 1,58 % azalaraq 74,04 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: