Ermənistandan Rusiyaya yük aparan maşınlar buraxılmır buraxılmı

Ermənistandan Rusiyaya yük aparan maşınlar buraxılmır
yük aparan maşınlar
Dünya 07-02-2025 - 14:25

Ermənistandan Rusiyaya gedən yük maşınlarının Rusiya keçid məntəqəsindən keçirilməsinə icazə verilmir.

Ajans.az xəbər verir ki, “Hraparak”a danışan TIR sürücülərindən birinin sözlərinə görə, Rusiya-Gürcüstan sərhədindəki keçid məntəqəsinin əməkdaşları meyvə yüklü avtomobilləri Rusiyaya buraxmırlar.

"Demək olar ki, heç bir meyvə-tərəvəz yüklü maşın sərhəddən buraxılmır. Rusiya gömrüyü heç bir tutarlı səbəb göstərmir. Artıq alma yüklü 26 maşın geri göndərilib".

Onun sözlərinə görə, bu problem 15 gündən artıqdır ki, davam edir və həlli tapılmayıb.

PAYLAŞ: