Bu ölkədən Ukraynaya 200 milyonluq hərbi yardım

Dünya
13-03-2025 - 18:55
Finlandiya Ukraynaya 200 milyon avro dəyərində yeni hərbi yardım paketi elan edərək, Kiyev hökuməti ilə müdafiə sahəsində daha geniş əməkdaşlığa söz verib.
Ajans.az bildirir ki, Finlandiyanın müdafiə naziri Antti Edvard Hakkanen paytaxt Helsinkidə keçirdiyi görüşdə Ukrayna müdafiə naziri Rustem Umerov ilə anlaşma memorandumu imzalayıb.
İmzalanma mərasimində çıxış edən Hakkanen Ukraynaya yardımla bağlı “geniş siyasi dəstəyin və milli birliyin” mövcudluğuna diqqət çəkərək, Ukrayna ilə müdafiə sahəsində daha çox əməkdaşlığa söz verib və qeyd edib ki, təxminən 200 milyon avro dəyərində olan yardım paketində "hazırda çox ehtiyac duyulan" artilleriya sursatları var.
Cavidan Mirzəzadə
Vəzifəsi:
Mövzular:
Oxşar xəbərlər
"Google Chatbot" amerikalılara hücum etmək üçün istifadə olunurmuş - ŞOK İDDİA
Dünya13:37 / 03-02-25