Rus silahları bu məqsədlə Vyetnama göndərildi
“Rosoboroneksport” şirkəti ilk dəfə olaraq Cənub-Şərqi Asiyada “Lancet-E” kamikadze dronuna malik pilotsuz kompleks təqdim edəcək.
Ajans.az xəbər verir ki, qurğu Vyetnamda keçiriləcək Vyetnam Müdafiə Expo 2024 silah sərgisində nümayiş etdiriləcək.
“Lancet-E” kompleksi ilk dəfə olaraq Cənub-Şərqi Asiyada tam konfiqurasiyada təqdim olunacaq: “İzdeliye 51-E”, “İzdeliye 52-E” və “Z-16-E” kəşfiyyat PUA”, – deyə şirkətin mətbuat xidməti məlumat yayıb.
Rusiya həmçinin Orlan-10E, Orlan-30, S-350M Skat kəşfiyyat pilotsuz uçuş aparatlarını və Kub-E döyüş sursatlarını təqdim edəcək.
Noyabrda “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev tərəfdaş ölkələrin ərazisində “Lancet” pilotsuz təyyarələrinin istehsalına icazə verib . Onun sözlərinə görə, qurğunun ixrac potensialı ildə min dəstdən çox qiymətləndirilir.
Avqust ayında məlum olub ki, modernləşdirmə zamanı rus kompleksinin Lancet kamikadze pilotsuz uçan aparatı ilə istifadə diapazonu 70-80 kilometrə qədər artırılıb. Video siqnalın operatora ötürülməsinin sabitliyi və keyfiyyəti də artıb.