Bakının bu yerlərində evlərin qiyməti  KƏSKİN ARTACAQ

Bakının bu yerlərində evlərin qiyməti 
Cəmiyyət 25-03-2025 - 23:56

Bakıda bəzi ərazilərdə mənzil qiymətlərinin artması gözlənilir. Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda yeni 10 metro stansiyasının tikintisi ilə bağlı göstəriş verməsi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakıda tramvay xətti çəkilə biləcəyi ilə bağlı xəbərlər, həmin ərazilərdə mənzil qiymətlərinin artmasına səbəb ola bilər.

Ajans.az xəbər verir ki, bir sıra ekspertlər bildirib ki, yeni nəqliyyat xətlərinin yaradılması infrastrukturun inkişafına səbəb olur və bu da həmin ərazilərdə yerləşən obyektlərin və yaşayış binalarının qiymətlərinin artmasına gətirib çıxarır.

Xüsusilə, Binəqədi, Mehdiabad və digər qəsəbələrin şəhərin mərkəzi ilə daha sürətli nəqliyyatla əlaqələndirilməsi planlaşdırılır. Bu ərazilərdə yeni metro stansiyalarının və tramvay xətlərinin tikintisi nəzərdə tutulur ki, bu da həmin bölgələrdə mənzil qiymətlərinin bahalaşmasına səbəb ola bilər.

Bundan əlavə, Bakının mərkəzə yaxın ərazilərində yerləşən mənzillərin qiyməti və icarə haqqı nəqliyyat xətlərinin əlçatanlığı baxımından yüksəkdir. Yeni nəqliyyat xətlərinin çəkilməsi ilə bu ərazilərdə də mənzil qiymətlərinin artması gözlənilir.

Qeyd etmək lazımdır ki, torpaq qiymətlərinin konkret proqnozunu bilmək üçün yerli daşınmaz əmlak bazarını yaxından izləmək və regionlarla bağlı rəsmi inkişaf planlarını nəzərə almaq vacibdir./yenisabah.az

PAYLAŞ: