İsrail ilk dəfə HƏMAS liderinin öldürülməsində iştirakını ETİRAF ETDİ

İsrail ilk dəfə HƏMAS liderinin öldürülməsində iştirakını
İsrail Katz
Siyasət 24-12-2024 - 10:53

İsrail Hərbi Hava Qüvvələrinin Bazar ertəsi günü Yəməndən İsrailə doğru atılan pilotsuz təyyarəni ələ keçirməsindən sonra müdafiə naziri İsrail Katz husiləri həlledici zərbə ilə hədələyib.

Ajans.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb. 

“Biz husilərə güclü zərbələr endirərik, onların strateji infrastrukturunu məhv edəcəyik və onların rəhbərliyinin başını kəsəcəyik – Tehran, Qəzza və Livanda Haniyə, Sinvar və Nəsrullaha etdiyimiz kimi, Hudeydə və Sənada da eynisini edəcəyik”, - deyə, Katz bildirib.

İlk dəfədir ki, İsrail rəsmisi iyul ayında Tehranda öldürülən HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsində İsrailin iştirakından danışır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: