İranda saxlanılan Fərid Səfərli Azərbaycana qaytarıldı - RƏSMİ

İranda saxlanılan Fərid Səfərli Azərbaycana qaytarıldı -
Gündəm 20-01-2025 - 17:41

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə mətbuat məlumat yayıb.

Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub. 

Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.

PAYLAŞ: