İranda paytaxt dəyişdirilir
İran prezidenti Məsud Pezeşkian paytaxtın artan ekoloji və infrastruktur problemlərini əsas gətirərək, İranın siyasi və iqtisadi mərkəzini Tehrandan uzağa köçürməyə çağırıb.
Ajans.az xəbər verir ki, bu barədə o, infrastruktur layihələrinə səfəri zamanı danışıb.
O bildirib ki, bundan başqa seçimi yoxdur:
“Ölkənin siyasi və iqtisadi mərkəzini cənub sularına yaxınlaşdırmaqdan başqa seçimimiz yoxdur. Tehranda mövcud inkişaf tendensiyasının davam etdirilməsi qeyri-davamlıdır, xüsusən də iqtisadi vəziyyət nəzərə alsaq”.
Prezident xammalın emal üçün cənubdan mərkəzə daşınmasının səmərəsizliyini, yalnız hazır məhsulların ixrac üçün cənuba geri göndərilməsini vurğulayıb.