İran hücum gözləyir: Müdafiə GÜCLƏNDİRİLDİ

İran İsrail və ABŞ-nin hərəkətindən ehtiyat edərək, əsas nüvə obyektləri yaxınlığında müdafiəni gücləndirib.
Ajans.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti ölkə hökumətindəki yüksək vəzifəli mənbələrə istinadən yazır.
Nəşrin mənbələrinə görə, İran hakimiyyəti “hər gecə hücum gözləyir” və “hətta heç kimin bilmədiyi obyektlərdə” hər şeyi yüksək hazırlıq vəziyyətinə salıb. Qeyd olunur ki, Tehran İrana “İslam Respublikasının varlığını təhlükə altına ala biləcək” kütləvi zərbədən ehtiyat edir.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Donald Trampın prezidentliyi dövründə İran nüvə silahına malik olmayacaq.
Bir neçə gün əvvəl Rubio İsrailin baş naziri Benyamin Netanyahu ilə Qüdsdə keçirdiyi mətbuat konfransında İranı Yaxın Şərqdə qeyri-sabitliyin yeganə mənbəyi adlandırıb.