İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində
zəlzələ
Dünya 04-02-2025 - 09:32

İndoneziyanın Şimali Maluku əyalətinin Ternate adasında 5,9 maqnitudalı zəlzələ baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 06:35-də (Bakı vaxtı ilə 01:35) təxminən 101 min əhalisi olan Ternate şəhərindən 260 km şimalda qeydə alınıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

PAYLAŞ: