İdmançımızdan tarixi uğur: Bir yarışda iki dünya rekordunu TƏZƏLƏDİ - FOTO
Azərbaycanlı idmançı İspaniyanın paytaxtında keçirilən Avropanın ən böyük idman festivalı olan "Arnold Classic Europe" festivalında dünya rekorduna imza atıb.
Ajans.az "Bizim.Media"- ya istinadən xəbər verir ki, yarışda 42 ölkədən idmançılar iştirak edib.
Güc idman növlərinin ən nüfuzlu yarışında rekorda imza atan azərbaycanlı idmançı Namiq Cəfərov Bizim.Media-ya açıqlamasında beş illik rekordu yenilədiyini deyib:
“Bundan əvvəlki rekord 73 kiloyla ABŞ idmançısına məxsus idi. Beş ildir bu rekord təzələnmir.
Keçən il dünya çempionatında rekordu 74 kq eləmişdim. Bu il ikinci yanaşmada 77,5 kq qaldıraraq dünya rekordunu təzələdim. Üçüncü yanaşmada 80 kq-ın öhdəsindən gələrək rekordu bir daha təzələdim. Yəni bir yarışda iki dənə dünya rekordunu təzələyərək yarışın mütləq qalibi oldum”.
O, yarışda digər azərbaycanlı idmançıların da iştirak etdiyini və uğur qazandığını bildirib:
“Tələbəm Zaur Abdullayev 100 kq çəki dərəcəsində 90 kq-ı qaldırıb uğura imza atıb. İdmançımız Kamal Məmmədli 82 kq çəki dərəcəsində 3-cü yer, idmançımız da 90 kq çəki dərəcəsində ikinci yerə layiq görülüb”.