Həyəcanlı ANLAR: Təyyarə səmada olarkən alışıb YANDI - DƏHŞƏTLİ VİDEO

“FedEx”ə məxsus yük təyyarəsi yanan mühərriklə ABŞ-də məcburi eniş edib və videoya düşüb.
Ajans.az xəbər verir ki, təfərrüatlar barədə “Reuters” məlumat yayıb.
Martın 1-də “Boeing 767” Nyu-Cersi ştatının Nyuark hava limanından İndiana ştatının İndianapolis şəhərinə uçub. Uçuş zamanı təyyarə quşla toqquşub, bundan sonra onun sağ mühərriki yanıb.
Pilotlar limana qayıtmaq qərarına gəlib və havaya qalxdıqdan 9 dəqiqə sonra təyyarəni təhlükəsiz yerə endiriblər. Yayımlanan görüntülərdə havada və enişdən sonra təyyarənin mühərrikindən çıxan yanğın görünür.