"Həmin qadına maaşının 3 qatını verməsəm, kişi deyiləm" - Ağadadaş Ağayev
Xalq artisti Ağadadaş Ağayev xəstəxana əməkdaşları ilə arasındakı insidentlə bağlı Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdən sonra açıqlama verib.
Ajans.az xəbər verir ki, Baku TV-yə danışan Ağadadaş Ağayev bir sıra suallara aydınlıq gətirərək, qarşı tərəflə barışıq məsələsinə də toxunub:
"Mən onu deyə bilərəm ki, Nəzakət xanımın ayağına balta dəyməyib. O, yara almayıb. Nəzakət xanım qadındır, ona çox böyük hörmətim var. Yəqin ki o, sonda mənimlə razılaşacaq. Nurəddinlə düşmən deyiləm, elə bir fikrim də yoxdur. İstəyərdim ki, özləri hər şeyi etiraf etsinlər".