Həmas Qəzza razılaşmasının bəndlərini rədd edir - Netanyahunun OFİSİ

Həmas Qəzza razılaşmasının bəndlərini rədd edir  -
Netanyahu
Siyasət 16-01-2025 - 13:36

Həmas Qəzza zolağı ilə bağlı əvvəllər vasitəçilərlə razılaşdırılan razılaşmanın bəzi bəndlərindən imtina edir, həmçinin görüş iştirakçılarına təzyiq göstərməyə çalışır.

Ajans.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin nümayəndələri məlumat verib.

“HƏMAS razılaşmalardan imtina edərək, razılaşmanın əldə olunmasına mane olan son dəqiqə böhranı yaradır. HƏMAS son dəqiqə təzyiq göstərmək cəhdi ilə vasitəçilər və İsraillə razılaşdırılmış aydın razılaşmalardan imtina edir”, - İsrail tərəfi iddia edir.

Həmas bütün məqamlarda razılığa gəlməyincə yəhudi dövlətinin sülh sazişinin təsdiqi üçün hərbi-siyasi kabinet və hökumətin iclasını təşkil etməyəcəyi də aydınlaşdırılır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: