HƏMAS girov müqaviləsində Trampın rolunu qiymətləndirdi
Qəzza zolağında girovların azad edilməsi və atəşkəslə bağlı razılaşma ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahuya təzyiqi sayəsində baş tutub.
Ajans.az xəbər verir ki, bu barədə 5-tv.ru-ya Fələstinin radikal Həmas qruplaşmasının Livandakı nümayəndəsi Əhməd Abdel Hadi bildirib.
Hadinin sözlərinə görə, amerikalı siyasətçinin iştirakı olmadan qruplaşma ilə İsrail arasında heç bir razılaşma olmayacaq.
Bundan əvvəl HƏMAS Siyasi Büro üzvü Məhəmməd Nazzal bildirmişdi ki, hərəkat Qəzza zolağına təkbaşına rəhbərlik etmək niyyətində deyil, bu məqsədlə texnokratlardan ibarət komanda formalaşdıracaq:
“Biz Qəzzanı müxtəlif sektorlarda idarə etmək üçün bütün Fələstin qrupları daxil olmaqla texnokratik komanda yaratmağı təklif edirik”.
Yanvarın 19-da ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz bildirib ki, HƏMAS Qəzzada atəşkəs razılaşmasından imtina edərsə, hərəkat bölgəyə nəzarəti itirəcək. Uolz Trampın İsrailin baş naziri Binyamin Netanyahunu açıq şəkildə dəstəklədiyini də xatırladıb.