Hacıqabulda qəza olub, xəsarət alan var

Gündəm
24-02-2025 - 00:08
Hacıqabulda sürücünün ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində Ucar rayonunun Yuxarı Silyan kənd sakini, 1990-cı il təvəllüdlü Nuriyev Hilal Atamoğlan oğlunun idarə etdiyi “Ford Tranzit” markalı avtomobil yolların buz bağlaması səbəbilə sürüşərək TIR-a çırpılıb.
Nəticədə birincinin sürücüsü ağır vəziyyətdə hər iki ayağının sınıq diaqnozu və travmatik şok vəziyyətində Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Leyla və Arzu Əliyeva ICESCO-nun regional ofisinin açılışını etdilər - FOTOLAR
Gündəm21:16 / 29-04-25